Yeni nazir: "Ən qısa zamanda..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Marja xəbər verir ki, qəbulda nazir Rəşad Nəbiyev deyib:
"Mənim və həmkarlarımın üzərinə düşən vəzifə isə, sadəcə, bu əlverişli vəziyyətdən istifadə edərək Sizin etimadınızı doğrultmaq idi. Yeni təyinatla üzərimə düşən vəzifələri və bu vəzifələrdən irəli gələn şəxsi məsuliyyətimi də tam şəkildə dərk edirəm.
Nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələrinin vacib olduğunu anlamaqla yanaşı, əsas vəzifəmizin sahə üzrə, yəni, nazirliyə həvalə edilmiş sahə üzrə effektiv dövlət siyasətinin həyata keçirilməsi, ədalətli tənzimləmə mexanizmlərinin yaradılması və nəticə etibarilə ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır.
Cənab Prezident, Siz hər zaman söyləyirsiniz ki, əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar.
Cənab Prezident, sonda icazə verin, Sizi əmin edim ki, iqtisadi islahatların dərinləşməsi ilə bağlı qarşıya qoyduğunuz tapşırıqlara da sahə nazirliyi olaraq öz töhfəmizi verə bilmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır. Göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Çalışacağıq ki, bütün işimizdə Sizin etimadınızı doğruldaq. Cənab Prezident, çox sağ olun".
Həmçinin oxu
Prezident yeni naziri qəbul edib - TAM MƏTNMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb



























.jpg)