"S&P": Azərbaycan gələn il neft hasilatını artıracaq
"S&P Global Ratings" reytinq agentliyinin proqnozuna görə, "OPEC+" razılaşmasına uyğun olaraq, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 610 min barel olacaq ki, bu da 2020-ci ilin göstəricisinə uğundur.
Reytinq agentliyinin verdiyi məlumata görə, "OPEC+" razılaşmasının müddəti bitdikdən sonra (2022-ci ilin aprelindən sonra) ölkədə neft hasilatı 2019-cu ildə olduğu 713 min barelədək tədricən artacaq.
"Bizim neftə olan qlobal tələbatın dinamikası və Azərbaycanın tam istehsal gücünə nə qədər tez qayıda biləcəyi ilə bağlı fərziyyələrimiz qeyri-müəyyəndir", - məlumatda qeyd edilir.
Bununla yanaşı, agentliyin Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (harada ki, son illər hasilatın təbii azalması müşahidə edilir – red.) neft hasilatının stabil olacağı ilə bağlı suallar yaranıb.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.
Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)




