"OPEC-in Vyana anlaşmasının uzadılması ehtimalı 75%-dir"
Neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə imzalanan Vyana anlaşmasının iştirakçıları onun müddətini uzatmağa nail ola biləcək və bu ehtimal 75% təşkil edir. Bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri çıxış ediblər.
Proqnoza əsasən, "OPEC və ona üzv olamayan ölkələrin hasilatı azaltmaq səyləri öz töhvəsini verəcək, nəticədə biz qısa və ortamüddətli perspektivdə qlobal neft ehtiyatlarının həcmində azalma görəcəyik. Bu da onu göstərir ki, hazırda neft qiymətlərinin düşməsi alıcılar üçün münasib şərait yaradır". Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti iyunun 30-da bitir. Anlaşmanın uzadılması ilə bağlı sammitin isə mayın 25-də keçiriləcəyi gözlənilir.
Bununla yanaşı, ABŞ-da şist neft hasilatı sənayesi yenidən inkişaf etməyə başlayıb və neftin hazırkı qiymət səviyyəsi bu sahəyə yatırılan vəsaiti tam doğruldur. Həmçinin, OPEC və ona üzv olmayan ölkələrin anlaşma çərçivəsində öhdəliklərinə əməl etməməsi kimi problem mövcuddur. "JPMorgan"a görə, məhz bu iki amil neft qiymətlərinin həddindən artıq artmasına mane olacaq. Bankın proqnozuna əsasən, "Brent" markalı neftin orta illik qiyməti 55,78 dollar/barel, WTI üçün isə 53,57 dollar/barel təşkil edir.
"JPMorgan" həmçinin bildirib ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti uzadılmasa, neftin qiyməti 40 dollar/bareldən aşağı düşəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)






