Balaxanı Sənaye Parkında daha 3 rezident istehsala başlayacaq
2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var.
Bu barədə Balaxanı Sənaye Parkından bildirilib.
Qeyd edilib ki, onlardan işlənmiş mühərrik yağlarının təkrar emalı, PET butulkaların emalından qırıntıların istehsalı, tullantı plastik məmulatların və tullantı kağızlarının təkrar emalı, süngər tullantılarının təkrar emalı, mebel istehsalı, tullantı kağızlardan çap-poliqrafiya məhsullarının istehsalı, işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı, qida tullantılarından yem istehsalı, yapışqan lent istehsalı, plastik tullantılarının təkrar emalı, qablaşdırma və etiketləmə, maqnezium oksid panellərin istehsalı, avadanlıq, dəzgah bərpası (regenerasiyası) xidməti, plastik məmulatlardan qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı ilə məşğul olan 16 rezident artıq fəaliyyət göstərir.
“Yaxın zamanlarda fəaliyyətə başlayacaq daha 3 rezident isə ağac-taxta tullantılarının emalı, kömür istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı ilə məşğul olacaqlar”, - açıqlamada deyilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. 9 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








