Bu gün Dollara təsir edə biləcək önəmli məlumat açıqlanacaq
Almaniya, Avrozona və İngiltərə iqtisadiyyatlarına dair fundamental göstəricilərin proqnozların altında dərc edilməsi, EURUSD və GBPUSD məzənnələrinin ucuzlaşmasına səbəb olmuşdur. Bununla yanaşı, Amerika sessiyasında risk iştahının azalması müşahidə edilir. Bu, Amerikada həm "mavi dalğanın", həm də siyasi xaosun birjalarda təsirinin qiymətləndirilməsində investorların tələsməməsi ilə əlaqədardır.
Lakin ümumilikdə təhlillər onu deməyə əsas verir ki, hakimiyyətə gələn Demokratların yumşaq monetar və fiskal siyasətin ölkədə inflyasiyanın artması ilə dollar foreks bazarlarında ucuzlaşmaqda davam edə bilər.
İnvestorlar üçün bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı göstəriciləri də önəmli olacaqdır.
Əlvan metallar bazarlarında qızılın qiyməti Breksit ticarət sazişinin imzalanmasından və ABŞ-da seçki fonunda yaranan qeyri-müəyyənliyin azalmasından sonra korreksiyaya başlayıb.
Enerji birjalarında Avropanın Brent nefti önəmli müqavimət səviyyəsinə - 55$-a yaxın ticarət edilir. Növbəti dalğalanma gələcək günlər ərzində yayımlanacaq fundamental göstəricilərdən asılı olacaqdır. Müsbət rəqəmlər qlobal bazarlarda neftə olan tələbin artmasını ehtimal etməyə əsas verir.
Kriptovalyuta birjalarında isə bitkoin tarixi maksimumlarını yeniləməkdə davam edir. Burada bazarın çox sürətli olduğunu və hər an korreksiyanın başlaya biləcəyi ilə ehtiyatlı davrananlarla, qiymət sıçrayışının yaratdığı gəlir imkanından geri qalmamaq üçün fürsətdən faydalanmaq istəyən treyderlərdən ibarət iki fikir formalaşıb. Ümumilikdə isə qiymətin uzun müddətli perspektivdə fantastik səviyyələrə kimi bahalaşmaqda davam edəcəyi proqnozları tirajlanmaqdadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















