Mallar idxaldan satışadək izlənəcək – BÜDCƏYƏ PUL LAZIMDIR
Azərbaycanda malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi məqsədilə izlənilməsi sisteminin yaradılacaq.
Marja-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahatda bildirilir.
Qeyd edilib ki, sistem əlavə büdcə gəlirlərinin formalaşmasına təkan verəcəkdir.
İzahatda qeyd edilib ki, cari ildə pandemiya səbəbindən iqtisadi fəallığın zəifləməsi, ticarət dövriyyəsinin azalması, məcmu tələbin daralması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərmişdir. Eyni zamanda, dünyanın digər ölkələrində olduğu kimi, turizm, nəqliyyat və xidmət sferası ilə əlaqəli olan digər sektorlarda iqtisadi durğunluq və geriləmə müşahidə olunmuşdur.
2021-ci ildə gəlir siyasətinin əsas istiqaməti dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artırılmasının təmin edilməsi olacaqdır.
Təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək və vergi inzibatçılığı təkmilləşdiriləcəkdir.
Bununla yanaşı, dövlət müəssisələrində daha səmərəli və mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə həmin müəssisələri daha rentabelli işləməyə sövq edərək kreditorlar və dövlət qarşısında maliyyə öhdəliklərinin vaxtında ödənilməsi, eləcə də vergi və dividendlərin ödənilməsində artımın təmin edilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
İzahatda qeyd edilib ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsinin, maliyyə öhdəliklərinin vaxtında və tam həcmdə ödənilməsinin təmin edilməsinin, habelə vergi borclarının ödənilməsi istiqamətində əlverişli şəraitin yaradılmasının ortamüddətli dövr ərzində yığımların əhəmiyyətli artımına səbəb olacağı proqnozlaşdırılır.
“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin, habelə büdcə, iqtisadi və sosial baxımından səmərəliliyinin qiymətləndirilməsi işlərinə başlanılması gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"























