13 sığorta şirkətinin ödənişləri artıb
6 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət bazarı tərk edən "Amrah Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 1982 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları 46,083 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,5% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 10 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 6,5% azalaraq 16,562 milyon manata düşüb.
13 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 22 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 3,763 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 1,609 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 627 min manata düşüb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)




