Büdcədə 321 milyon manatlıq kəsir - OPERATİV MƏLUMAT
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 591,5 milyon manat, xərcləri 3 milyard 912,7 milyon manat olmuş, 321,2 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır. Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.
GƏLİRLƏR
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 473,0 milyon manat proqnoza qarşı 3 milyard 591,5 milyon manat və yaxud 3,4 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1 milayrd 420,8 milyon manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 67,2 faizi və yaxud 954,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 117,5 faiz əməl edərək büdcəyə 571,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz və yaxud 154,1 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 milyon manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 12,1 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 milyard 525,0 milyon manat vəsait transfert edilmişdir.
XƏRCLƏR
2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3 milyard 912,7 milyon manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1 milyard 635,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209,0 milyon manat çoxdur.
Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 676,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 milyon manat vəsait yönəldilmişdir.
2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
İCMAL BÜDCƏ
Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5 milyard 649,6 milyon manat, icmal büdcənin xərcləri isə 6 milyard 752,7 milyon manat icra olunmuşdur. İcmal büdcənin kəsiri 1 milyard 103,1 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
9 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə

























