Ağdam Çörək Muzeyi
Çörək yalnız insan üçün xüsusi əhəmiyyət daşıyan qida deyil. O həm də müqəddəs nemətdir. Folklorumuzda da çörəklə bağlı çoxsaylı atalar sözləri, zərbi-məsəllər, miflər və əsatirlər qalmaqdadır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin.
Artıq neçə ildir ki, erməni vandalları - daşnaklar xalqımıza məxsus müqəddəs nə varsa, onları Yer üzündən silməyi qarşılarına məqsəd qoyublar. Onlardan biri də Ağdam Çörək Muzeyi idi ki, orada unikal eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr var idi.
1983-cü ilin noyabrında yaradılmış bu "bərəkət ocağı” keçmiş SSRİ-də birinci, dünyada ikinci unikal muzey idi. İkimərtəbəli sərgi salonu olan muzeyin ömrü, təəssüf ki, qısa oldu, 1983-1992-ci illəri əhatə etdi. Cəmi 9 il fəaliyyət göstərdi. 1992-ci il avqust ayının 12-də Əsgəran rayonunun Naxçıvanik kəndi istiqamətindən ermənilərin atdığı top mərmisi ilə bu bərəkət ocağı da darmadağın edildi.
Xatırladaq ki, Azərbaycan da daxil olmaqla sovetlər dövründə 15 ölkədə 22 çörək muzeyi olub. Dünyada ilk çörək muzeyi isə İsveçrənin Sürix şəhərinin sakini Mişel Veren tərəfindən 1940-cı ildə yaradılıb.
Ağdam Çörək Muzeyinin həyətində vaxtilə "Od dəyirmanı” olub. XIX əsrin sonlarında istifadəyə verilən həmin dəyirman su ilə deyil, duru yanacaqla işləyib. Sonralar dəyirman şəhəri nəinki unla, hətta enerji ilə də təmin edib. Gündüzlər dəyirman kimi işləsə də, axşamlar bir çox əraziləri işıqlandırıb. İkinci Dünya müharibəsi illərində "Od dəyirmanı”nın sakinlərin ümid yerinə çevrildiyini ağdamlılar unutmayıblar.
Muzey fəaliyyətə başlayandan sonra onun 300-dək eksponatı ziyarətə gələn əcnəbi qonaqlar tərəfindən hədiyyə edilib. Ən yaddaqalanını isə Qalina Andreyevna Konayeva adlı bir xanım təqdim edib. Moskvanın mərkəzi televiziyasında muzeylə bağlı süjet efirə verildikdən az sonra həmin xanım Ağdama gələrək ikinci Dünya müharibəsi dövründən saxladığı "blokada çörəyi”ni muzeyə bağışlayıb.
Muzey eksponatları arasında ən qədimi Miladdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. Buğda dənələri akademik İmam Mustafayev tərəfindən təqdim edilsə də, Ağdamın Əfətli kəndi ərazisindəki Çalağantəpədə arxeoloji qazıntı aparan tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İdeal Nərimanovun səyi nəticəsində tapılmışdı. Daşlaşmış buğda dənələri sonralar Azərbaycan Tarix Muzeyinə təqdim edilib.
Muzeyin direktoru olmuş Hafiz Əliyev maraqlı bir məqamı xatırladırdı: "1987-ci ildə ölkədə başlayan "perestroyka”nın ilk acıları hiss edilirdi. Çörək qıtlığı da vardı. Ona görə də un dəyirmanını işə salmaq istədik. Dəzgahqayırma zavodunda çalışanlar təmənnasız olaraq mühərrikin işə salınması üçün lazım olan avadanlıqları təmir edərək hazır vəziyyətə gətirdilər. İl yarımadək dəyirman həm ağdamlılara, həm də qonşu rayonların sakinlərinə xidmət göstərdi, həm də təmənnasız”.
Erməni vandalizmi xalqımızın bərəkət ocağı sayılan belə müqəddəs abidələri Yer üzündən sildi. Amma o torpaqlarda ocaqlarımızı söndürməyə gücləri yetməyəcək. Külli-Qarabağda ocaqlarımızın yenidən yandırılmasına nail olacağıq. O zaman Ağdam Çörək Muzeyi də yeni həyatını yaşayacaq.
"Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 37 d. sonra
-
-
13 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
15 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
15 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
16 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)






.jpg)






