Microsoft-un xalis mənfəəti və gəliri artıb
ABŞ-ın texnologiya nəhəngi Microsoft-un bu ilin yanvar-mart dövründə xalis mənfəətinin artdığı bildirilib.
"Marja" xəbər verir ki, Microsoft-dan verilən məlumata görə, bu ilin yanvar-mart aylarını 2017 maliyyə cədvəlində üçüncü rüb olaraq qəbul edən şirkətin sözügedən dövrdə xalis mənfəəti yüksəlib.
Sözügedən dövrdə şirkətin xalis mənfəəti 27,6 faiz artımla 4,8 milyard dollara çatıb. Şirkət, keçən ilin eyni dövründə 3,76 milyard dollar xalis qazanc açıqlamışdı.
Şirkətin gəliri də bu dövrdə 7,6 faiz artımla 22,09 milyard dollar olub. Microsoft, ötən ilin eyni dövründə 20,53 milyard dollar gəlir əldə etmişdi.
Microsoft-un "ağıllı bulud" (intelligent cloud) xidmətindən əldə edilən gəlirində də ildən ilə artım görülür. Ötən ilin yanvar-mart dövründə ağıllı bulud xidmətindən əldə edilən 6,09 milyard dollarlıq gəlir, bu ilin eyni dövründə 11 faiz artaraq 6,76 milyard dollara çatıb.
Digər tərəfdən, bu ilin yanvar-mart dövründə Microsoft-un mənfəətinin proqnozlardan aşağı qalması səbəbindən şirkətin səhmlərində azalma görülüb. Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda şirkətin səhminin qiyməti 2,4 faiz azalaraq 66,60 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








