Funtda və avroda korrektiv enişlər müşahidə edilir
Bazar ertəsi koronavirusa qarşı peyvəndin kütləvi istehsalına başlanılacağı ehtimalı fonunda investorlarda risk iştahının artması ilə dollar da dünya birjalarında ucuzlaşmışdır. Bu funtda və avroda bahalaşmaya səbəb olsa da, hazırda korrektiv enişlər müşahidə edilir.
AVRODA UCUZLAŞMA
Bu gün Bakı vaxtı ilə saat 18:00-da AMB sədri Kristin Laqardın çıxışı gözlənilir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi $1.1834 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri $1.1800 və $1.1745 səviyyələri ola bilər.
KORREKSİYA EDƏN FUNT ÜZRƏ BAHALAŞMA PROQNOZLARI
Cari ticarət həftəsinin ilk günündə bahalaşan GBP/USD, 1.34 hədlərində ciddi müqavimətlə rastlaşdı. Ticarət sessiyasının sonuna doğru korrektiv enişlər yaşayan cütlük hazırda 1.3330 hədlərində ticarət edilir. Qiymət əgər $1.3263 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri $1.3195 və $1.3106 səviyyələri ola bilər.
QIZILA TƏLƏB AZALIB
Kovid-19 peyvəndi ilə bağlı gələn müsbət xəbərlər, pandemiyanın qlobal iqtisadiyyata təsirlərini azalda bilər. Nəticədə azalan risklər fonunda qızıl dəyər itirir. Cari ticarət həftəsinə enişlərlə başlayan qiymətli metalın bir unsiyası hazırda dünya birjalarında 1827 dollardan təklif edilir. Qiymət əgər $1820 səviyyəsini qırarsa, növbəti hədəfləri $1804 və $1783 səviyyələri ola bilər.
Diqqət mərkəzində olan xəbərlərdən biri də ABŞ Federal Ehtiyatlar Sistemi ilə Maliyyə Nazirliyi arasında Kovid-19-un iqtisadi təsirlərinə qarşı mübarizə üçün ayrılmış kredit proqramları çərçivəsində istifadə edilməmiş vəsaitlərin geri qaytarılması mövzusunda razılaşmanın əldə edilməsi, riskləri bir qədər də azladır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)






.jpg)




