Ermənistan Kəlbəcərdən çıxmaq üçün Azərbaycandan əlavə vaxt istəyib
“Ermənistanın xahişi ilə Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verilib”15: 25
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”.
Marja-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bəyanata əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub: “Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol - Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.
“Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır”
Hikmət Hacıyev, “Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qaquni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır”,- deyərək sözlərinə belə davam edib.
“Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə maddi-mədəni irsi talan edən və Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, məscidlərdə donuzlar belə saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın Barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.
Bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov isə bildirib: "Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür. Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik”.
14: 46 XXX
Ermənistan Rusiya vasitəsilə Kəlbəcərdən çıxmaq üçün 25 Noyabr 2020-ci il tarixindək əlavə vaxt istəyib. Azərbaycan da hümanistlik nümayiş etdirərək öz icazəsini bildirib.
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Ermənistan təhvilin gecikməsini Kəlbəcər rayonun böyük olması və çətin relyefi ilə əlaqələndirib.
Qeyd edək ki, Bəyantdakı qrafikə əsasən Ermənistan 15 Nokabradək Kəlbəcəri, 20 Noyabradək Ağdamı, 1 Dekabr 2020-ci il tarixindək Laçını geri qaytarmalı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
2 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə



























