Türk Lirəsi bahalaşmaqda davam edir
Dollar/TL məzənnəsi Türkiyədə yeni iqtisadi dövrün başlayacağına dair açıqlamalardan sonra düşməkdə davam edir.
Marja xəbər verir ki, keçən həftəni 8.5153-dən bağlanmış məzənnə bu həftə mərhələli olaraq düşərək 8 səviyyəsindən də aşağı düşüb. Bu gün Dollar/TL məzənnəsi 7,6148 səviyyəsini görüb. Məzənnə ötən Cümə günü görülən ən yüksək səviyyə ilə müqayisədə 10%-dən çox geriləyib.
Bu gün Türk Lirəsi Dollar qarşısında 0,6% bahalaşıb. Ötən həftələrdə 10 lirəni keçim Avronun qiyməti 9 lirədən də aşağı düşüb (Avro/TL məzənnəsi 8.9924-ü görüb).
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyata dair verdiyi mesajlar Türk Lirəsini dəstəkləyib.
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan, Partiyasının yığıncağında iqtisadiyyatda yeni dövrə işarə edərək, iqtisadi artım, sabitlik və məşğulluq üçüni bir səfərbərlik başladılacağını söyləyib. Ərdoğan, Mərkəzi Bankın yeni sədri Naci Ağbal ilə Xəzinə və Maliyyə Naziri Lütfü Elvanın atacaqları hər addımda onların yanında olacağını da vurğulayıb.
Ərdoğan, "Ölkəmizi riski az, etibarı yüksək, qazancı qənaətbəxş bir cazibə mərkəzi halına gətirməkdə qərarlıyıq. Makroiqtisadi sabitliyi təmin edəcəyik. Biznes və sərmayə mühitini daha cazibədar etmək istəyirik. İqtisadi rəhbərlik beynəlxalq sərmayəçilər ilə yaxın əlaqədə olacaq. Struktur islahatları davam edəcək",- ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)


.jpg)








