Səhiyyə naziri: "Hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur"
73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclası videokonfrans formatında davam etdirilib. Ümumdünya Səhiyyə Assambleyası İcraiyyə Komitəsi tərəfindən gündəminə daxil etdiyi səhiyyə məsələlərini həll edən ÜST-ün bir rəhbər orqanıdır. Adətən ÜST-ün bütün üzv dövlətlərinin nümayəndə heyətləri onun işində iştirak edir. İşini yenidən davam etdirən sessiya COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə və koronavirus pandemiyasına qarşı görüləcək fəaliyyətlərə həsr olunub.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, onlayn sessiyanı ÜST-ün Baş Direktoru Tedros Gebreyesus açıb, ÜST-ün davamlı maliyyələşdirməsini və ümumdünya səhiyyə xidmətlərinin əhatə dairəsinin araşdırmasını təmin etmək, COVID-19 pandemiyasının verdiyi dərslərinə əsaslanan "yeni əməkdaşlıq dövrünə" qədəm qoymağa çağırıb.
Səhiyyə Naziri Oqtay Şirəliyev də sessiyada cıxış edib. Assambleyanın Baş Katibi, Prezidenti və onlayn tədbirdə iştirak edən nazirlər və nümayəndə heyətlərinin rəhbərlərini salamlayan Səhiyyə naziri qeyd edib ki, bu gün səhiyyə işçilərinin prioriteti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsidir. Bundan sonra Oqtay Şirəliyev Azərbaycanda pandemiya ilə mübarizənin başlanmasından keçən müddət ərzində görülmüş kifayət qədər böyük həcmli işlərdən məlumat verib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur: "Bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 000 insanın xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3% təşkil edib”.
Səhiyyə naziri vurğulayıb ki, keçən bu müddət ərzində bir çox ölkələr koronavirusla mübarizə sahəsində müəyyən təcrübə qazanıb və bu təcrübələrin mübadiləsi bu gün əməkdaşlığın ən vacib sahələrindən birinə çevrilməlidir. Bir çox ölkədə xəstəlik hallarının sayının sürətlə artmasının, şübhəsiz ki, daha da böyük sosial-iqtisadi nəticələrə gətirib çıxaracağını bildirən Oqtay Şirəliyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ilin dekabr ayının 3-ü və 4-də BMT-nin Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyi haqqında xəbər verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







