Azərbaycan Əmanətlərin Sığortalanması Fondu xalqı təbrik edir
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdi. Rəşadətli Azərbaycan ordusu 21-ci əsrdə dünya tarixinə öz uğur salnaməsini mərdliyi və şücaətliyi ilə yazdı, beləki, 45 gün davam edən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz yerini göstərdi. Müzəffər ordumuzun gücü qarşısında düşmən tab gətirə bilmədi və 27 ildən sonra, 10 noyabr tarixində Ermənistan təslim oldu. Bununla da, Ali Baş Komandanın qüdrətli siyasəti nəticəsində uzun müddət işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.
Bu qələbəni Ali Baş Komandanımızın düşünülmüş, iradəli, üzaqgörən siyasətinə, şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza və yumruq kimi möhkəm, dönməz xalqımıza borcluyuq!
Eşq olsun Azərbaycan Ordusuna!
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
3 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
3 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
3 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)









