Ceyhun Bayramov Rusiyaya təşəkkür etdi - TELEFON DANIŞIĞI
"Üçtərəfli bəyanat münaqişənin həllində yeni mərhələni başladıb"Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni mərhələni başlatdığını qeyd edib.
Nazir Ceyhun Bayramov bölgədə sülhün təmin olunması üçün davamlı səylərinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz növbəsində münaqişənin həlli istiqamətində mühüm addım olan bu bəyanatın imzalanması ilə əlaqədar məmnunluğunu ifadə edib. O, tərəflərin bu qərarının bölgədə dayanaqlı sülhün təmin olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























