Kapital Bank “BirCode Camp” təcrübə proqramına başladı
(®️) Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya, informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata keçirilir. Təbii ki, müasir tendensiyalardan ölkənin birinci bankı olan Kapital Bank da geridə qalmır. Bunun üçün də Kapital Bank-da artıq bir neçə ildir ki, IT üzrə müxtəlif təcrübə proqramları keçirilir və gənc mütəxəssislərin yetişdirilməsi üçün çox böyük işlər görülür.
Bir müddətdir ki, Kapital Bank informasiya texnologiya sahəsi ilə maraqlanan gənclər üçün “BirCode Camp” təcrübə proqramına qeydiyyatı açıq elan edib. 738 nəfər müraciət edən arasından 137 nəfərlə görüşlər keçirilib və onlardan yalnız 27 nəfər layihədə iştiraka uyğun görülüb. 2 noyabr 2020-ci il tarixində, İnsan Kapitalı Akademiyasında layihənin açılışı baş tutdu və “BirCode Camp” təcrübə proqramında iştirak etmək üçün seçilən potensiallı gənc İT mütəxəssislər layihənin təqdimatında iştirak edib, layihə haqda ətraflı məlumatlar əldə etdilər.
Təqdimat zamanı Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova iştirak edirdi. Layihə çərçivəsində iştirakçılar, əməkdaşlarımızın mentorluğu ilə Front-end, Back-end, IOS və Android development sahələri üzrə bilik və təcrübə əldə edəcəklər. Bu müddət ərzində onlar həmçinin, Agile metodologiya ilə yaxından tanış olacaqlar.
“Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank son illər ərzində əsasən IT sahəsinin inkişafına, bu sahəyə daha çox gəncin cəlb edilməsinə böyük diqqət ayırır. Biz həm ali məktəblərdən, həm də müxtəlif saytlarda, sosial şəbəkələrdə verdiyimiz elanlar əsasında müraciətləri araşdırıb, ən yaxşılarını təcrübə proqramlarına cəlb edirik. Əminəm ki, “BirCode Camp” layihəsi də gənclərimiz üçün uğurlu və gələcək karyeralarının qurulmasında faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























