“Yapı Kredi Bank Azərbaycan” mənfəət açıqladı
Uzun illərdir uğurla fəaliyyətini davam etdirən “Yapı Kredi Bank Azərbaycan” QSC cari ilin üçüncü rübünü 1.6 milyon manat xalis mənfəətlə başa vurub.Bu barədə Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Bankın 2020-ci ilin üçüncü rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri 19.8 mln AZN olmuşdur.
Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. 3-cü rübün sonu üzrə kredit portfeli 149.6 mln manat təşkil etmişdir və kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə bankın əsasən qeyri-neft sektorunu əhatə edən çoxşaxəli maliyyələşdirmə həyata keçirdiyinin şahidi olmaq olar.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın tutulmalardan sonra I dərəcəli kapitalı artaraq 71.1 mln AZN, məcmu kapitalı isə artaraq 74,1 milyon AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 45%-ə, məcmu kapitalın adekvatlıq əmsalı 47%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)







