Azərbaycan Rusiyaya nota verdi
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vilati Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Notada qeyd olunub ki, bu il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin rəhbəri ilə görüşüb və Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətin daha da gərginləşməsinə istiqamətlənən olduqca təxribatçı bəyanatlar verib.
Bundan əlavə, notada Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətlərinin həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxmilyonlu Azərbaycan icmasının haqlı qəzəbinə səbəb olduğu və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətləndiyi göstərilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
19 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
35 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB







.jpg)





.jpg)











