“Ermənistan bizə qarşı eyni zamanda su terroru təşkil edib”

“Eyni zamanda şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş verib və o da strateji əhəmiyyətə malikdir. Çünki orada yüksəkliklər böyük ərazilərə nəzarət etməyə imkan yaradır, eyni zamanda orada çox önəmli su anbarı yerləşir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
Prezident qeyd edib ki, Ermənistan bizə qarşı eyni zamanda su terroru təşkil edib: “Bizim 100 min hektardan çox torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi isə Suqovuşan qəsəbəsində yerləşən su anbarı bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir”.
“Ermənistan öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır”
“Biz tədricən öz əməliyyatımızı aparırıq. Vahid bir planlama əsasında bütün hədəflər seçilir”, - PRezident müsahibəsində deyib.
Azərbaycan Prezidenti bildirib ki, Ermənistan tərəfi sadəcə, bu reallıqla hesablaşmalı, öz təcavüzünü durdurmalı, atəşkəsə əməl etməli və öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır ki, qan tökülməsin və bundan sonra sülh yolu ilə bu məsələ həll olunsun.
“Ermənistan atəşkəsdən istifadə etmək üçün bizə yeni hücumlar təşkil etdi, ancaq bütün bu hücumlar dəf edildi”
“Biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən atəşkəslə bağlı bizə müxtəlif yerlərdən mesajlar gəlirdi və təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları var, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, atəşkəs rejiminin tətbiq edilməsini bir əsas səbəbi humanitar məsələlərdir: “Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə etmək üçün, bunu istismar etmək üçün bizə yeni hücumlar təşkil etdi. Bu, təkcə Gəncə şəhərinin bombalanması deyil - bu hərbi cinayətdir, bu, terror aktıdır. Və Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi. Eyni zamanda döyüş meydanında da... Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücumlar təşkil etdilər və Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər. Orada çox böyük can itkisi və silah itkisi olmuşdur. Digər istiqamətlərdə Cəbrayıl rayonunda-Cəbrayılın şimal istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdi. Bütün bu hücumlar təbii ki, dəf edildi. Ancaq bu onu göstərir ki, Ermənistan danışıqlar stolu arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Zatən döyüşlərin ilk saatlarından mən onlara müraciət edərək və erməni xalqına müraciət edərək demişdim ki, sülh yolları ilə bu torpaqlardan çıxın ki, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Və bu gün döyüş meydanında erməni ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi siyasi rəhbərliyidir”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
5 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
6 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
6 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
7 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
