“Ziraat Bank Azərbaycan” Ani Ödəniş Sistemi-ni təqdim edir!
(®️) “Ziraat Bank Azərbaycan” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” tərəfindən yaradılmış olan Ani Ödəniş Sistemi ( AÖS ) –ni müştərilərinə təqdim edir. Ani Ödəniş Sistemi ( AÖS ) ölkə daxili Manat hərəkətlərinin sürətlənməsinə və asanlaşmasına xidmət göstərməkdədir.
Hal-hazırda sitemin sadəcə ölkə daxili manat köçürmələri üçün hazırlanmış hissəsi istifadəyə veriləcəkdir. Belə ki, sistem istifadəçləri Ani Ödəniş Sistemi ( AÖS ) vasitəsi ilə ölkədaxili manat köçürmələrini dərhal və gözləmədən həyata keçirə biləcəklər. Həmçinin, sistem Hüquqi Şəxslər üçün VÖEN nömrəsi, Fiziki Şəxslər üçün isə telefon nömrəsi və ya başka identifikasiya vasitəsi ilə daha sürətli və rahat köçürmələr həyata keçirmək imkanı verməkdədir.
Ani Ödəniş Sistemi ( AÖS ) növbəti addımlarında müştərilərə Mobil Əlavələrdə, Kassa Aparatlarında, Pos Terminal Ödəmələrində, Elektron Ödəniş Terminallarında və bu kimi bir çox sahələrdə əlverişli xidmətlər təqdim edəcəkdir.
Qeyd olunan sistem əməliyyatları A. R. Mərkəzi Bankı tərəfindən yaradılan portal vasitəsi ilə həyata keçiriləcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC müştərilərin rahatlığı üçün yeni məhsullar istehsal edir, mövcud məhsulları inkişaf etdirir və həmçinin müştərilərin yararına olan dövlət dəstəklərini, sistem yeniliklərini və digər məhsulları dərhal bank sistemi ilə inteqrasiya edir. Bununla da müştərilərin yeniliklərdən kənar qalmamasını, baş verən yeniliklərdən dərhal istifadə edərək əməliyyatların daha da rahatlaşmasını və sürətlənməsini təmin edir.
Əlavə olaraq qeyd edək ki “Ziraat Bank Azərbaycan” ASC Mərkəzi Bank tərəfindən 30.12.2014 tarixində verilən lisenziya əsasında Türkiyənin 156 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və yaxın müddətdə filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır.
Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)




