İrşad Electronics səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə 30 000 manat yardım ayırdı
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb.
Ayrılan vəsait Bakı da daxil olmaqla ölkəmizin digər regionlarından olan az təminatlı 100 ailəni ahatə edir. Müvafiq ailələrin siyahısı şikət tərəfindən artıq müəyyən edilib və təşkilati işlərə başlanılıb.
Qeyd edək ki, ötən gün şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Bundan əlavə ordumuza dəstək olmaq məqsədi ilə İrşad Electronics Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.
İrşad Electronics qələbə uğrunda gedən döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçiləri sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda, Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 d. əvvəl
- 42 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















