Qardaşlar Mebel Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu
İstehsal etdiyi mebelləri fürsətlər ölkəsinə ixrac etməyə nail olan Qardaşlar mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.
Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev belə bir vəziyyətdə dövlətimizin yanında olduğunu açıqlayıb: “Azərbaycan hər birimizin vətənidir. Biz bu məsələdə də birləşib dövlətimizə dəstək göstərməliyik. Qardaşlar mebel şirkəti olaraq cənab prezidentin və ordumuzun tutduğu mövqeni dəstəkləyir, tezliklə işğal atında olan torpaqlarımızın azad olacağına inanırıq.”
Şirkət rəhbəri bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırdı.
“Bu gün bütün gücümüzü səfərbər edərək dövlətimizin və ordumuzun yanında olmalıyıq. Biz sahibkarlar belə bir vacib məqamda əlimizdən gələni əsirgəməməliyik. Qardaşlar mebel şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab Ali Baş Komandanımız İlham Əliyev və güclü ordumuzun yanındayıq, torpaqlarımızın azad olması üçün əlimizdən gələni etməyə hazırıq.”
Qeyd edək ki, Qardaşlar mebel şirkəti Azərbaycanın ən böyük hərbi mebellər istehsalçısıdır. Şirkət mövcud hərbi vəziyyətlə bağlı ölkə başçısının və müvafiq qurumların qəbul etdiyi bütün qərarları tam olaraq icra etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 d. əvvəl
- 42 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















