“PANDA BOYA”nın yeni siması – “Ulduz səfir” kimdir? - VİDEO
“Pandanın Ulduzu” adlı müsabiqə də elan edilib. Qalibə “iPhone 11” smartfonu hədiyyə ediləcək.(®️) Ölkənin ən böyük rəng kataloquna malik “Panda Boya” məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz “Panda Boya”nın yeni siması olacaq.
Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib.
M. İskəndərov bildirib ki, “Panda Boya” 27 oktyabr tarixində Azərbaycan televiziya tarixində ilk dəfə, Xəzər və ATV telekanallarında canlı yayım vasitəsilə yeni simasını və mobil tətbiqini təqdim edəcək. Mobil tətbiq həm istehlakçıların seçimlərini asanlaşdıracaq, həm də müştəriləri innovativ yeniliklərlə sevindirəcək. Bununla kifayətlənməyən şirkət istehlakçıları üçün “Pandanın Ulduzu” adlı müsabiqə də elan edib. Belə ki, siz http://pandaboya.az/pandaninulduzu saytına daxil olub müsabiqəyə qoşula bilərsiniz. Müsabiqənin şərtlərinə görə, siz “Panda Boya”nın məşhur ulduzunun kim olduğunu tapmalısınız. Sentyabrın 25-dən start verilən və bir ay davam edəcək müsabiqənin sonunda düzgün cavabı tapan şəxslərdən biri xüsusi elektron proqram vasitəsilə qalib seçiləcək.
Canlı yayımda “Pandanın Ulduzu” müsabiqəsinin qalibi də elan ediləcək və şirkət qalibə “iPhone 11” smartfonu hədiyyə edəcək.
Qeyd edək ki, “Panda Boya” Binəqədi rayonunda yerləşən inşaat malları istehsalçısı və tədarükçüsü “Muradlı-M Group”a daxildir. “Muradlı-M” MMC Azərbaycan müstəqillik qazandıqdan sonra “Muradlı” İnşaat Mağazaları vasitəsilə inşaat mallarının topdan satış mərkəzi kimi fəaliyyətə başlayıb.
Hazırda “Panda Boya” markası adı ilə istehsalat aparır, Azərbaycanın ilk mebel boyası LİNX boyanı, Panapol divar künclüyü və tavan göbəkliklərini müştəri ilə qovuşdurur. Həmçinin,Türkiyənin GENÇ boya və verniklərinin, o cümlədən, bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. “Muradlı-M Group”un istehsal etdiyi məhsullar İSO 9001; 2008 keyfiyyət sertifikatına layiq görülüb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 10 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
5 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
5 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
5 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
-
5 saat əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp: Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN













.jpg)









