Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi
(®️) Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 20-dən artıq vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib.
Bu dəfə bank daha dörd vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.
Həssas əhali qruplarına daxil olan Gəncə sakini Nərgiz Həmzəyeva, Bərdədən Züleyxa Cəfərova, Salyanda yaşayan Esmira Hüseynova və Bakı sakini Yeganə İbrahimova özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















