Unicapital-da yeni təyinat olub
Maliyyə-investisiya bazarları sahəsində çoxillik təcrübəyə və biliyə malik olan daha bir peşəkar kadr bu günlərdə “Unicapital” İnvestisiya Şirkətində əhəmiyyətli vəzifəyə təyinat alıb.
Şirkətin baş menecerinin qərarı ilə Seymur İbadov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Araşdırmalar və investisiya məsləhəti şöbəsi”nin müdiri təyin olunub.
Seymur İbadov bu vəzifəyə təyin olunanadək Paşa Həyat Sığorta ASC-də “İnvestisiya şöbəsi”nin müdiri olub. O, 12 ildən artıq Azərbaycan Dövlət Neft Fondunda müxtəlif vəzifəsində çalışıb. Hazırda UNEC-in MBA Dissertasiya Komitəsinin üzvü olan Seymur İbadov, İqtisadiyyat üzrə Fəlsəfə doktorudur. Ölkənin qabaqcıl ali məktəblərində makroiqtisadiyyat, investisiya və portfel idarəetməsi, maliyyə bazarları, statistika üzrə mühazirə dərsləri aparır.
Qeyd edək ki, Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,8 milyon manat civarındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






