"Coca-Cola", "Danone", "P&G" və "Heineken" Rusiyada ittiham olunurlar
Rusiyada fəaliyyət göstərən "Coca-Cola", "Danone", "Procter & Gamble" ("P&G"), "Heineken" və digər beynəlxalq şirkətlərin müntəzəm şəkildə ətraf mühit standartlarını pozduğu aşkar edilib. Xarici şirkətlər ekologiya rüsumlarını ödəmir və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etmir. Yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib.
"İzvestiya"nın verdiyi məlumata görə, bu barədə Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin ("Rosprirodnadzor") hesabatında deyilir.
Qeyd olunub ki, istintaqa Dövlət Dumasının Ekologiya və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Nikolay Valuyevin təşəbbüsü ilə başlanılıb. Xarici şirkətlərin tullantıların utilizasiyası üzrə öhdəliklərə əməl etməməsi ekoloji fəlakətə səbəb ola bilər.
Qanuna görə, Rusiyadakı bütün istehsalçılar məhsulların tullantılarının utilizasiyasını təmin etməli, icraat hesabatını isə "Rosprirodnadzor"a təqdim etməlidir.
Ekologiya rüsumu istehsalın həcmindən, məhsulun növündən, ətraf mühit üçün təhlükəlilik səviyyəsindən və utilizasiyanın mürəkkəbliyindən asılıdır. Rüsum ilbəil artır. Hazırda utilizasiyanın maksimum normativi 30% təşkil edir, lakin Rusiya hökuməti bunu 100%-ə çatdırmaq niyyətindədir. Bu, ekoloji rüsumlar hesabına tullantıların utilizasiyası üzrə xərcləri artıracaq – illik 2,2 mlrd. rubldan 136 mlrd. rubladək.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























