"Exchange" açmaq üçün kapital da tələb olunacaq" - 50 MİN
"Valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək". Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu məsələ Milli Məclisdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə müzakirə olunub.
"Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək. Hazırda bununla bağlı müzakirələr gedir. Açıq deyim ki, qanun layihəsində mübahisəli məqamlar çoxdur. Palata təklif edirdi ki, valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslər 500 manat rüsumdan əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirməlidir. Lakin biz bununla razılaşmadıq və bu məsələ gündəlikdən çıxarıldı. Yeni variantda isə məbləğ ümumiyyətlə göstərilməyib. Belə çıxır ki, məbləği Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirəcək", - deyə o bildirib.
Millət vəkili bildirib ki, hazırda valyuta bazarında stabilləşmə olduğu və ölkəyə turist axını artdığı üçün aidiyyəti qurumlar "exchange"lərin fəaliyyətinin bərpasını məqbul sayıb. V.Əhmədovun subyektiv fikri isə bundan ibarətdir ki, indiki vəziyyətdə bu addımın atılmasına ehtiyac yoxdur:
"Biz qanun layihəsi ətrafında müzakirələri davam etdiririk. Deyə bilərik ki, valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək. Düzdür, hazırda valyuta bazarında stabilləşmə var, ölkəmizə gələnə turistlərin sayı artıb və "exchange"lərin bərpası barədə düşünmək olar. Lakin mənim subyektiv fikrim bundan ibarətdir ki, indi bu qanunun qəbul olunmasına o qədər də ehtiyac yoxdur. Banklar bu işin öhdəsindən heç də pis gəlmir. Məsələyə başqa aspektdən yanaşsaq, bankların apardığı əməliyyatları idarə etmək daha asandır. Tənzimləyicinin nəzarəti isə öz bəhrəsini verir. Banklar xidmət şəbəkəsini genişləndirməklə valyuta mübadiləsini həyata keçirə bilər. Banklar bu işi görə bilirsə, biz niyə "exchange"ləri bərpa etməliyik?"
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
“Exchange”lərin açılma səbəbləri məlum oldu
“Valyutadəyişmə məntəqələrinin yenidən açılmasının səbəbi ölkədə makroiqtisadi sabitliyin bərpa olunması ilə bağlıdır”.
Bunu açıqlamasına Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Valyuta tənzimi haqqında” qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib.
Millət vəkili xatırladıb ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: “Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu.
Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənfi təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub. Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılmasıdır.
Eyni zamanda, məntəqələrin yenidən açılmasının səbəblərindən biri də ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir. Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var”.
Deputatın sözlərinə görə, qanuna edilən yeni dəyişikliklərə əsasən, bu fəaliyyət sahəsində sərt nəzarət tədbirləri həyata keçiriləcək: “Belə ki, əvvəlki spekulyativ fəaliyyətə bir daha yol verilməməsi üçün valyutadəyişmə məntəqələrinin işi qanunla sərtləşdirilir.
Fəaliyyət zamanı kurs arasında fərqin çox olmaması da qanunla tənzimlənəcək”.
© APA-Economics, “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
3 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
4 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
4 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti




.jpg)
.jpg)









.jpg)







