“AzerGold” növbəti civə partiyasını ixrac edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan zərərsizləşdirilməsi istiqamətində növbəti addım atıb.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, istehsalat prosesi zamanı tullantı qismində ayırılan 1 ton civə “Asia Mercury PTC.LTD” beynəlxalq şirkəti ilə imzalanmış müqavilə əsasında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib.
Məlumat üçün qeyd edək ki, istehsalat prosesi zamanı tullantı qismində ayrılan civə kütləsi dünya təcrübəsində torpağa basdırılmaqla zərəsizləşdirilir və ya təkrar istehsalda istifadə edilməklə utilizasiya edilir. Qeyd olunan ilk üsul torpağı istifadəyə yararsız hala gətirməklə yanaşı, bütövlükdə ekosistemə, həmçinin insan orqanizminə təhlükə yaradır. Civənin təkrar istifadəyə yönləndirilməsi məqsədilə satışı isə ekoloji cəhətdən daha məqbul və təhlükəsiz həll yolu hesab edilsə də, çoxsaylı icazələrin alınması və mürəkkəb tələblərlə müşayiət edilir.
"“AzerGold” QSC ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasəti nəzərə alınmaqla Cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib. Nəticədə civə kütləsi təkrar emalda istifadə olunması məqsədilə ixrac edilib. Bununla da, “AzerGold” QSC ətraf mühitin mühafizəsinə daha bir töhfə verməklə yanaşı, ixracdan gəlirin əldə edilməsində nail olub.
Beləliklə, “AzerGold” QSC beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracını reallaşdırıb. Qeyd edək ki, sözügedən konvensiyalar təhlükəli tullantıların, xüsusilə də civənin istehsalı və ticarətinin tənzimlənməsini, ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasını ehtiva edir", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 14 d. əvvəl
-
- 19 d. əvvəl
-
37 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 40 d. əvvəl
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb






.jpg)
.jpg)









.jpg)





