"Fitch"dən Azərbaycan büdcəsilə bağlı bədbin proqnoz
"Fitch" beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın yenidən baxılmış 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri üzrə proqnozunu 2,3%-dən 12,4%-ə qaldırıb.
Bu barədə agentliyin hesabatında bildirilir.
Sənəddə deyilir ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə planlaşdırılan köçürmənin artırılması son aylar manata olan təzyiqləri azaltmalı və mövcud məzənnəni (1,7 AZN/USD) dəstəkləməlidir.
"Avqustun ortalarında ölkə prezidentinin təsdiqlədiyi yeni büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollarından 35 ABŞ dollarına endirilib ki, bu da "Brent" markalı xam neftin qiyməti ilə bağlı "Fitch"in proqnozu ilə uyğundur.
Büdcə xərcləri Ümumi Daxili Məhsulun 1,2 faiz bəndi qədər artırılıb. Əsasən səhiyyə xərcləri 0,4 faiz bəndi, iqtisadiyyatı canlandırmaq üçün əlavə kapital qoyuluşları 0,3 faiz bəndi, əlavə tədbirlərə ayırmalar isə 0,5 faiz bəndi artırılıb.
Maliyyə kəsirinə ciddi mənfi təsir göstərməsinə baxmayaraq, böyük qənaətlər Azərbaycana əhəmiyyətli dərəcədə maliyyələşdirmə çevikliyini təmin edir. Konsolidə edilmiş büdcə kəsiri ilk növbədə ARDNF-in aktivlərinin azaldılması və hökumətin vahid xəzinə hesabındakı iri pul depozitləri hesabına maliyyələşdiriləcək", - deyə "Fitch" bəyan edib.
"ARNDF-in aktivləri bu ilin iyun ayının sonuna 43,2 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb. Ölkənin nominal ÜDM-nin ABŞ dolları ilə ifadədə azalması və portfelin əsasən xarici valyutada olması ilə ARDNF-in aktivləri ÜDM-in 85%-ni keçəcək.
Nəticə etibarı ilə, bu il bir çox fondlarda borc/ÜDM nisbətində böyük artımlar olması proqnozlaşdırılsa da, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin cəmi 4 faiz bəndi artaraq 23%-ə çatacağı gözlənilir, bunun da çox hissəsi məxaricdəki kəskin azalmadan qaynaqlanacaq.
Bu il ARNDF-dən büdcəyə köçürmələr 7,5% artırılaraq 6,7 milyard ABŞ dollarından 7,2 milyard ABŞ dollarına yüksəldilib. Fondun büdcəyə köçürmələrinin əsas mənbəyi xarici valyuta satışlarıdır ki, bu da məzənnə sabitliyinə, xüsusən bu ilin mart ayında manatın məzənnəsini sabit saxlamağa imkan verib.
Yeni büdcədə bu il üçün iqtisadi geriləmə proznozu 2,4%-dən 5%-ə ("Fitch" proqnozu 4,2%-dir) qaldırılıb", – agentliyin açıqlamasında qeyd olunub.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















