Neft nəhənglərinin zərəri məlum oldu
Dünyanın ən böyük 12 neft şirkəti, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar olaraq bu ilin ilk yarısında (ilk 6 ayda) cəmi 80 milyard dollar zərər açıqlayıblar.Epidemiya səbəbilə iqtisadi fəaliyyətin və maye yanacaq satışlarının azalması, ilin ilk yarısında dünyada neft istehlakını kəskin azaldıb. Qlobal neft tələbindəki azalma, qiymətlərin apreldə 1999-cu ildən bu yanağı ən aşağı səviyyəsinə geriləməsinə gətirib çıxardı.
Dünyada ən məşhur qiymət istinadı olaraq istifadə edilən Brent növü xam neftin barel qiyməti, keçən ilin ilk yarısında orta hesabla 66 dollarkən, bu ilin eyni dövründə 40% azalma ilə orta hesabla 39,5 dollara geriləyib və şirkətlərin balanslarına mənfi təsir edib.
Marja-nın 12 neft şirkətinin balanslarından topladığı məlumatlara görə, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger,Baker Hughes, Hollandiyanın Royal Dutch Shell, İngiltərənin BP, Fransanın Total, İtalyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor şirkətilərinin cəmi zərəri bu ilin ilk yarısında 80 milyard dollar təşkil edib. Bu şirkətlər keçən ilin ilk 6 ayında cəmi 46,5 milyard dollar xalis mənfəət əldə etmişdirlər.
2020-ci ilin yanvar-iyun dövründə bu şirkətlərin cəmi gəliri 240 milyard dollar (37,8%) azalaraq 395 milyard dollara geriləyib. Şirkətlər, keçən ilin yanvar-iyun dövründə cəmi 635 milyard dollar gəlir təmin etmişdilər.
ƏN ÇOX ZƏRƏR BP-DƏDİR
İlin ilk yarısında neft nəhəngləri arasında ən çox zərər edən şirkət 21,2 milyard dollarla BP şirkətidir. Bu şirkətin ardınca 18,1 milyard dollar zərərlə Royal Dutch Shell və 10,8 milyard dollar zərərlə Schlumberger gəlir.
Bu dövrdə gəliri ən çox azalan şirkət isə Royal Dutch Shell olub. Şirkətin gəliri, yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 81,8 milyard dollar (46,9%) azalaraq 92,5 milyard dollara düşüb.
Eyni dövrdə gəliri ən çox düşən digər şirkətlər 43,9 milyard dollarla (33,1%) ExxonMobil və 30,3 milyard dollarla (33%) Total olub.
ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, 2020-ci ilin ilk rübündə orta hesabla 50 dollar və ikinci rübdə 29 dollar olaraq reallaşan Brent növü xam neftin orta barel qiymətinin, üçüncü rübdə 43,1 dollar, dördüncü rübdə 43,5 dollar və ilin hamısında 41,4 dollar olacağı gözlənilir. Bu rəqəmin gələn il orta hesabla 49,5 dollara yüksələcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
14 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
14 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
14 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 15 saat əvvəl
-
17 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)











