Azərbaycan iqtisadiyyatının azaldığı açıqlandı
2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40 milyard 8,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalmışdır.
ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,0 faiz artmışdır.
Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 13,3 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 41,0 faiz, tütün məmulatlarının istehsalı 27,6 faiz, kağız və karton istehsalı 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, geyim istehsalı 15,8 faiz, elektrik avadanlıqlarının istehsalı 5,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0,4 faiz artmış, hazır metal məmulatlarının istehsalı 0,5 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, qida məhsullarının istehsalı 1,5 faiz, tikinti materiallarının istehsalı 4,8 faiz, poliqrafiya məhsullarının istehsalı 5,9 faiz, içkilərin istehsalı 7,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 13,2 faiz, mebel istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
18 d. əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 32 d. əvvəl
-
59 d. əvvəl
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb







.jpg)






.jpg)





