“AFB Bank”-dan özünüməşğulluq proqramına növbəti dəstək!
(®️) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkili təşəbbüsünə qoşulan “AFB Bank” ASC növbəti dəfə proqrama dəstək göstərdi.
Özünüməşğulluq proqramı əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. üçün məşğulluğun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsi məqsədi ilə yaradılmışdır. Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid vətəndaşlara Avtoyuma xidməti və “Fast food” tipli kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən AFB Bank ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























