“Grand-Agro” süfrəlik zeytun və zeytun yağı istehsalı kompleksinin inşasına başlayır
Kompleksin illik emal gücü 15 000 ton təşkil edəcək.“Türkan qəsəbəsi yaxınlığında 7.99 hektar tikinti altı sahə olmaqla ümumilikdə 12.4 hektar ərazini əhatə edən Zeytun Emalı Kompleksi-nin istismara verilməsi 2021-ci ildə nəzərdə tutulmuş və əhalinin yüksək keyfiyyətli və sağlamlıq rəmzi olan zeytun məhsulları ilə təmin olunmasını məqsəd olaraq qoymuşdur. Zeytun Emalı Zavodu layihəsi çərçivəsində emal prosesi zəncirinin tam qapalı edilməsi prinsipi əsas götürülməklə tullantıların emalını həyata keçirmək, yan sahələrin, xüsusilə zeytun tərkibli kosmetik vasitələrin, orqanik gübrələrin istehsalına əsaslı dəstək veriləcəkdir”.
Bu barədə Marja-ya “Grand-Agro” MMC şirkətindən bildirilib.
Qeyd edilib ki, Zeytun Emalı Kompleksi ərazisində, həmçinin şirkətin istifadəsində olan aqrotexnikalar üçün 1068 m2-lik sahədə texniki bina, təmir boksları, talvar, yanacaq doldurma stansiyası, yuma məntəqəsi, hər biri 1034m2 olmaqla ümumilikdə 2068m2 əhatə edən gübrə və təsərrüfat anbarlarının inşası nəzərdə tutulub.
Zavod layihəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfəsini verməklə Azərbaycanda, eləcə də regionda ən böyük zeytun emalı layihəsi olaraq məhsullarının həm ölkə daxili, həm də ixracı planlaşdırılır.
Məlumat üçün bildirək ki, "Grand-Agro" MMC Qala,Türkan, Hövsan, Zirə, Ramanada 1100 hektara yaxın ərazidə yeni zeytun və badam bağları salmış, 660 hektar köhnə bağlar bərpa edilmiş, 2021-ci sonunadək bağların sahəsinin 2500 hektara çatdırılmasını hədəfləyir. Artıq 350 nəfər daimi işlə təmin olunub, Zeytun Emalı Zavodu istismara verildikdən sonra isə ümumi işçi heyətinin 500-ə çatdırılması planlaşdırılır.
Zeytun Emalı Kompleksinin Video çarxı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)









.jpg)

