“AS Group” sərt karantin dövründə onlarla uşağın arzusunu yerinə yetirdi - FOTOLAR
(®️) “AS Group” şirkəti və onun “Renessans Palace” layihəsi COVİD 19–la mübarizə səbəbindən ölkədə tətbiq olunan sərt karantin rejimi dövründə ASAN Könüllüləri Təşkilatının “ASAN məktub” layihəsinə yenidən qoşularaq Ağcəbədi rayonunda yaşayan uşaqların arzusunu reallaşdıraraq onları sevindirə bilib.
“AS Group” əməkdaşları və ASAN Könüllülər rayonun kəndlərindən olan və www.asanmektub.az saytına məktub ünvanlamış 54 uşağın arzusunu yerinə yetirib. Uşaqlar üçün məktubda qeyd etdikləri istəklərinə görə alınan hədiyyələr (müxtəlif geyimlər, məktəb ləvazimatları, oyuncaqlar) onlara 4 avqust tarixində Ağcəbədi rayonundakı ASAN Xidmət mərkəzində “AS Group” şirkəti və ASAN Könüllüləri tərəfindən təqdim olunub.
“AS Group” şirkəti artıq ikinci dəfədir ki, qoşulduğu “ASAN məktub” layihəsi vasitəsi ilə Respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qayğıya ehtiyacı olan uşaqların arzularını həyata keçirir.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 200 ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa “AS Group” Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
“AS Group” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















