Neft, ABŞ-da istehsalın artacağı gözləntisi ilə ucuzlaşır
Neft qiymətləri, ABŞ-da istehsalın artmağa davam edəcəyinə dair işarələrin olması ilə ucuzlaşır.
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin aylıq hesabatına görə, ABŞ-da şist nefti istehsal böyük müəssisələrin xam neft hasilatının may ayında gündəlik 5.2 milyon barrelə qalxacağı gözlənilir. Bu, 2015-ci ilin May ayından bəri ən yüksək hasilat səviyyəsi ola bilər. Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan quyuların sayı son 13 həftədir artır.
Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 840,000 barel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların, ehtiyatların 1.4 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov, ölkəsinin istehsalın azaldılması razılaşmasına riayət etməkdə olduğunu təkrarlayıb. Bu müsbət məlumatlara baxmayaraq neft qiymətləri azalma meylindədir. Çünki ABŞ-da artan istehsal, OPEC-in hasilat artığını azaltmağa yönəlmiş səylərinin təsirini azaldır.
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,7% düşərək bareli 52.28 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,2% ucuzlaşaraq bareli 54.73 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















