“Şəffaf işləmək bizə yeni sifarişlər qazandırır”
Əli Mirzəyev: Təhlillərimiz göstərirdi ki, Azərbaycanda mebel sektoru üzrə fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər yaranmış bu vəziyyətə tab gətirə bilməyəcəklər.Azərbaycanda pandemiya olmasına baxmayaraq əvvəlcədən müəyyən olunmuş krizis kommunikasiya planı nəticəsində öz satışlarını artıran "Qardaşlar Mebel" şirkəti sektordakı cari vəziyyəti təhlil etdi.
Şirkətin rəhbəri Əli Mirzəyev bir çox şirkətlərdən fərqli olaraq şəffaf işləmək pandemiya dövründə onlara əlavə sifarişlər gətirdiyini açıqlayıb.
“Qardaşlar Mebel" üçün şəffaf işləmək hər zaman önəmli olub. Biz bir çox ölkələrdə pandemiya başlayanda bunun ölkəmizdə də olacağını analiz etmişdik. Bizim təhlillərimiz göstərirdi ki, Azərbaycanda mebel sektoru üzrə fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər yaranmış bu vəziyyətə tab gətirə bilməyəcəklər. Bunun nəticəsi olaraq da bir çox şirkətlər və fərdi şəxslər əldə etdikləri sifarişləri tamamlamaqda çətinliklərlə üzləşəcəklər. Bu da öz növbəsində tərəflərarası münasibətlərə çox ciddi təsir göstərəcəkdir".
Əli Mirzəyev hazırda şirkətin fəaliyyəti ilə bağlı da məlumat vərərək bildirib ki, şəffaf işləməklərinin nəticəsi olaraq dövlətdən aldıqları maddi dəstək onların cari vəziyyətlərinin pisləşməsinin qarşısını alıb.
“Biz bilirik ki, şəffaf işləməyin müsbət tərəfləri var və lazımi məqamda dövlət belə şirkətlərə mütləq öz dəstəyini göstərir. Digər tərəfdən isə pandemiya bir daha göstərdi ki, qeyri-şəffaf şəkildə işləyən şirkətlər öz gəlir və xərclərini gizlətməklə özlərini çətin vəziyyətə salırlar. Bu kimi hallara mebel sifariş edən şirkətlər də diqqət etməlidirlər. Sifarişçi şirkətlər öz sifarişlərinin yarımçıq qalmasını istəmirlərsə, bazarda mövcud olan sağlam şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verməlidirlər. Hal-hazırda karantin dövrünün olmasına baxmayaraq, şirkətimiz Operativ Qərargahın qoyduğu qaydalara riayət etməklə yeni sifarişlərin icrası ilə məşğuldur.”
Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda istehsal etdiyi smart ofis mebelinin sadə versiyasını istehsal etməyi qərarlaşdırıb. Şirkət, sadə versiyada əsas funksionallıqlardan biri olan masa istifadəçinin istəyinə uyğun yuxarı və aşağı istiqamətdə hərəkət etməsi mexanizmini saxlayıb. Smart ofis masaları ilə maraqlan şəxslər (077) 486 – 24 – 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























