“Koronavirusa dair rəqəmlərdə müəyyən stabilləşmə var”
"Koronavirusa dair rəqəmlərdə müəyyən stabillik özünü göstərir, ancaq bu, bizi tam qane edə bilməz"
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətin bütün resursları səfərbər olunub: “Dünyadakı epidemioloji vəziyyət də yaxşı deyil. Azərbaycan qlobal müstəvidə də ardıcıl səylərini davam etdirir. Bu gün BMT Baş Asambeleyasının xüsusi sessiyası öz işinə başlayıb. BMT-nin tarixində 30-cu dəfədir ki, xüsusi sessiya çağırılıb.”
"Yoluxanların sayı ilə sağalanların sayı, demək olar, eyniləşib"
“Yoluxma sayı ilə sağalanların sayı, demək olar, eyniləşib. Ehtiyatla olsa da, deyə bilərik ki, sabitləşmə var. Sağalanlarla yoluxanların sayı arasında kəskin fərq azalmağa doğru gedir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB rəsmisi qeyd edib ki, bu da qoyulan qaydalara ciddi əməl edilməsi ilə əlaqəlidir:
“Bunu ictimai nəqliyyatda və marketlərdə də görürük. Xəstəliyin ağırlaşma dərəcəsinə inananlar da çoxalıb. Nə qədər həkimlər çalışsa da, qayda-qanun olsa da, əlbir olmasaq, xəstəliyə qalib gəlmək olmaz”.
Xəbər verdiyimiz kimi, Son 24 saatda Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






