Dövlət Neft Fondunun gəlirliliyi artıb
2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi investisiya portfelinin gəlirliliyi 5,29% təşkil etmişdir. Fond 2018-ci ili 0,35% gəlirlilik ilə başa vurmuşdu.
Marja Fondun illik hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 3,02%, səhm portfeli (özəl səhmlər daxil olmaqla) üzrə 21,50%, daşınmaz əmlak portfeli üzrə isə 7,35% təşkil etmişdir. İnvestisiya portfelinin toplam gəlirliliyinə (5,29%) sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 2,21%, səhm (özəl səhmlər daxil olmaqla) və daşınmaz əmlak portfellərinin töhfəsi isə müvafiq olaraq 2,67% və 0,41% təşkil etmişdir.
2019-cu ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 10,7%-i xarici menecerlər tərəfindən idarə edilir.
ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
Sabit gəlirli qiymətli kağızlar üzrə:
- Dünya Bankı – ARDNF-nin aktivlərinin 240 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,5%- ni) idarə edir;
-“DWS International” – ARDNF-nin aktivlərinin 111 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,3%-ni) idarə edir.
Səhmlər üzrə:
- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 775 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 4,1%-ni) idarə edir;
-“State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 409 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 3,3%-ni) idarə edir;
- “Mellon Investments Corporation” – ARDNF-nin investisiya portfelinin 390 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,9%-ni) idarə edir;
-“BlackRock Investment Management” – ARDNF-nin investisiya portfelinin 370 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,8%-ni) idarə edir;
-“Sumitomo Mitsui Trust International” (Sumitomo) – ARDNF-nin investisiya portfelinin 345 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,8%-ni) idarə edir.
2019-cu il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı altportfellərə bölünmüşdür:
- 55% - borc öhdəlikləri və pul bazarları alətləri (aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla);
- 25% - səhm (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla);
- 10% - daşınmaz əmlak (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla);
- 10% - qızıl (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla).
2019-cu ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən ARDNF-nin investisiya portfelinin 68,7%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 14,1%, 11,4%, 5,8%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






