ABŞ neft qiyməti proqnozunu dəyişdirdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), bu ilə dair neft qiyməti proqnozunu dəyişib.
Marja xəbər verir ki, EIA-nın "İyul 2020" Hesabatına görə, bu il Brent növü xam neftin orta hesabla qiymətinin 40,5 dollar olacağı nəzərdə tutulur. "İyun 2020" hesabatında bu rəqəm 38 dollar olaraq təxmin edilmişdi.
Bu ilin ilk rübündə orta hesabla 50 dollar və ikinci rübündə 29 olaraq reallaşan Brent növü xam neftin barel qiymətinin, üçüncü rübdə 40 dollar, son rübdə 43 dollar və ilin hamısında 40,5 dollar olması gözlənilir. Bu rəqəmin gələn il 49,7 dollara yüksələcəyi nəzərdə tutulur.
EIA qiymət proqnozunu dəyişməsinə səbəb olaraq, bu ilin ikinci yarısında və gələn il qlobal neft ehtiyatlarında azalıma gözləməsini göstərib.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan ölkələrin istehsalı azaltmaları ilə qlobal neft bazarındakı təklif artıqlığı azalır. Dünyada karantin tədbirlərinin yumşadılması da iyun ayında qlobal neft tələbini artırıb.
EIA, ABŞ-ın bu ilə dair gündəlik xam neft istehsalı öroqnozunda dəyişiklik etməyib.
Hesabata görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 11,6 milyon barel səviyyəsində reallaşması, gələn il isə 11 milyon barel səviyyəsinə düşməsi gözlənilir.
ABŞ, 2018-ci ilin Noyabr ayında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
12 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



