“SOCAR təxirəsalınmadan xərclərini optimallaşdırmalıdır”
"İlk atılan addımlar sırasına rentabelli olmayan sahələrin fəaliyyətinin dayandırılması və məhdudlaşdırılması daxildir"Koronavirus pandemiyasına qarşı həyata keçirilən məhdudiyyət tədbirləri qlobal iqtisadiyyatda cərəyan edən tənəzzülü daha da dərinləşdirdi. Bunun mənfi təsirlərini bir sıra sahələr kimi, neft-qaz sektoru da hiss etdi. Tələbat aşağı düşdü, qiymətlər kəskin ucuzlaşdı. Bu, neft-qaz bazarındakı qlobal oyunçuları xərclərini əhəmiyyətli dərəcədə optimallaşdırmağa sövq etdi. Bu istiqamətdə yeni investisiyaların məhdudlaşdırılmasından tutmuş, iş yerlərinin ixtisarına kimi bir çox tədbirlər həyata keçirildi.
Bəs Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni çağırışlara adekvat reaksiya verdimi?
Bununla bağlı açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, SOCAR-ın optimallaşdırma işləri həyata keçirməməsi, onun maliyyə vəziyyətini pisləşdirir.
“Neftin qiymətinin kəskin azalması neft hasil edən ölkələrin gəlirlərinə ciddi şəkildə təsir göstərdi. Nəticədə neft-qaz sferasında fəaliyyət göstərən şirkətlər maliyyə itkiləri ilə üzləşdi. Dünya təcrübəsində bu cür situasiyalarda xərclərin optimallaşdırılması zərurəti yaranır. İlk atılan addımlar sırasına rentabelli olmayan sahələrin fəaliyyətinin dayandırılması və məhdudlaşdırılması daxildir. Bu da iş yerlərinin ixtisar olunmasını labüd edir", - o deyib.
Onun sözlərinə görə, Azərbaycanda biz bunun tam əksini müşahidə edirik:
“SOCAR cəmiyyətdə sosial gərginlik yaratmamaq üçün iş yerlərinin ixtisarından yayınaraq bunu sosial yük kimi öz üzərinə götürüb. Bu da öz növbəsində itkilərə gətirib çıxarır və şirkətin maliyyə durumunu pisləşdirir. Ehtiyac oldu-olmadı işçiləri saxlamaq taktikası şirkətin yaxın və orta perspektivdəki strateji planlarına təhdid yaradır. Bu mənada SOCAR-ın transmilli şirkət kimi neft-qaz sektorunda cərəyan edən proseslərdən və çağırışlardan kənarda qalması yanlış qərardır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 33 d. əvvəl
-
36 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
37 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
















.jpg)







