Bitki yağı qiymətlərində sıçrayış
Qlobal qida qiymətləri iyunda yüksəlib. Qida Qiymət İndeksi may ayı ilə müqayisədə iyunda 2,4% artaraq 93,2 bəndə çatıb.Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), iyunda qlobal qida qiymətlərinin bitki mənşəli yağlar, şəkər və süd qiymətlərində artım ilə əlaqədar olaraq ilin əvvəlindən bəri ilk dəfə yüksəliş göstərdiyini açıqlayıb.
Marja FAO-ya istinadən xəbər verir ki, Qida Qiymət İndeksi may ayı ilə müqayisədə iyunda 2,4% artaraq 93,2 bəndə yüksəlib.
Bitki mənşəli Yağ Qiymət İndeksi dörd ay ardıcıl eniş göstərdikdən sonra iyun ayında 11,3% artım qeyd edib. Bu sıçrayışa, bir çox ölkədə yeni növ koronavirus (Kovid-19) ilə əlaqədar küçəyə çıxmaq qadağasının ləğv edilməsi, immiqrant işçi qüvvəsindəki çatışmazlıq səbəbilə istehsalda ola biləcək geriləmələrə bağlı narahatlıqların artması ilə qlobal idxal tələbinin yaxşılaşması və palma yağı qiymətlərindəki artım səbəb olub.
İyunda may ayı ilə müqayisədə Şəkər Qiymət İndeksi 10,6% və Süd Qiymət İndeksi də 4% artıb. Bitki mənşəli yağlar, şəkər və süd qiymət indeksləri ilin əvvəlindən bəri ilk dəfə yüksəliş qeyd ediblər.
Taxıl və ət bazarlarında isə Kovid-19 epidemiyası ilə əlaqədar olaraq qiymətlər təzyiq altındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
13 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




