“Yapı Kredi Bank Azərbaycan” iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu
(®️) Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək məqsədi ilə Yapı Kredi Bank Azərbaycan cari ilin iyun ayının 30-da Sumqayıt şəhərində öz dərzi atelyesini qurması üçün 2 xanıma lazım olan avadanlıqları təqdim etmişdir.
Uzun illərdir ev şəraitində dərzi fəaliyyəti ilə məşğul olan Elnarə Cəfərova və Gülnar Əzimovanın arzusu özlərinə məxsus atelyeni yaratmaq olmuşdur. Kiçik sahibkar olaraq fərdi dərzi atelyesinin yaradılması üçün onlarla danışıqlar aparılmış və təqdim etdikləri plan əsasında lazımlı avadanlıqlar Bank tərəfindən alınmışdır.
“Yapı Kredi Bank Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşulmuşdur. Bank bu ilin may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək vermişdir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirir və daha bir neçə aztəminatlı ailənin biznes ideyalarının reallaşmasına dəstək verəcəkdir.
Yapı Kredi Bank Azərbaycan respublikamızda mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək göstərir və həmin sahəyə kredit verilməsini prioritet götürməklə yanaşı, korporativ sosial məsuliyyət proqramlarına daim əhəmiyyət verir. Proqramın iştirakçılarına verilən dəstək gələcəkdə yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə kömək edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























