Azərbaycan fondunun Moskvadakı ofis-ticarət mərkəzindən gəliri artıb
2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Moskvadakı “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin icarəyə verilməsindən 128 milyon 112 milyon 528 min rubl (təxminən 2 milyon dollar) gəlir əldə edib.
Bu barədə Hesablama Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə fond “Qalereya Aktyor” mərkəzinin icarəyə verilməsindən 4 milyon 360 min rubl gəlir əldə edib. Beləliklə, 2019-cu ildə mərkəzin icarəyə verilməsindən fondun gəlirləri 29,4 dəfə artıb.
Hesabata əsasən, 2019-cu ilin sonuna “Qalereya Aktyor” mərkəzinin bazar dəyəri 2018-ci ilin sonuna olan 3 milyard 269 milyon rubla qarşı 3 milyard 334,2 milyon rubl (51,5 milyon dollar) məbləğində qiymətləndirilir.
"2019-cu ildə bu obyektin dəyərinin yenidən qiymətləndirilməsindən ARDNF-in gəlirləri 65,2 milyon rubl təşkil edib”, - deyə Hesablama Palatasının fondun 2019-cu il büdcəsinin icrasına dair rəyində qeyd olunur.
2012-ci ildə fond Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon dollar olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir və Moskvanın tarixi mərkəzində yerləşir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 10 d. əvvəl
-
- 19 d. əvvəl
- 26 d. əvvəl
- 31 d. əvvəl
-
43 d. əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ən çox oxunanlar
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək




















