Yeni publik hüquqi şəxslər yaradılıb
Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və Nizamnamələri təsdiqlənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcək.
Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərin daha çevik və əhaliyə əlçatan, şəffaf və effektiv təşkilinə imkan verəcək.
Bu, eyni zamanda, qeyd edilən qurumların xidmətlərin təşkili və göstərilməsi zamanı qarşıya çıxan məsələlərə, vətəndaş müraciətlərinə daha adekvat, çevik reaksiyasına və nəticədə onların keyfiyyətli həll mexanizmlərinə şərait yaradır.
Hələ ötən ildən başlayaraq Nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin DOST mərkəzləri bu sahədə müasir iş təcrübəsinin, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində innovativ həllərə əsaslanan müasir xidmətlərin əyani nümunəsini formalaşdırıb. Azərbaycanın artıq sosial sahədə brendi kimi tanınan DOST xidmətləri modeli vətəndaşlara bir pəncərədən və vahid standartlar əsasında, onlarla açıq iş şəraitində, operativ və tam şəffaf xidmətləri özündə ehtiva edir. Təsadüfi deyil ki, həmin xidmətlərdən vətəndaş məmnunluğu göstəricisi 96 faiz təşkil edir.
Yeni mühüm struktur dəyişikliyi kimi yaradılan publik hüququ şəxslər də DOST nümunəsinə istinad edərək, əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkilinə və göstərilməsinə imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
25 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)






.jpg)






