125 dollarlıq koronavirus dərmanının istehsalına başlanıldı
Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb.
“Reuters” xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət Misir üzrə tələbatın tam qarşılanmasından sonra dərmanı 127 ölkəyə ixrac etməyi planlaşdırır.
Şirkət, həmçinin ayda 1 milyon həb “Favipiravir” dərmanının istehsalına da başlayıb. Şirkətin məlumatına görə, yaxın 2-3 həftə ərzində bazara çıxarılması planlaşdırılan dərmanın qiyməti ilə bağlı hələ ki, yekun qərar verilməyib.
Qeyd edək ki, ABŞ istehsalı “Remdesivir” preparatı koronavirusa yoluxmuş orta və ağır vəziyyətdə olan xəstələr üçün, “Favipiravir” preparatı isə yüngül və orta vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



