“Pozuntu aşkarlanmış təşkilatların cavabdeh şəxsləri haqqında lazımi tədbirlər görülmür”
"Təsəvvür edin ki, 20-25 min manat məbləğində artıq vəsait icrasına yol vermiş şəxslərə qarşı, mən hələ daha böyük məbləğləri demirəm, heç bir intizam tədbirinin görülməməsinə nə ad vermək olar?"“Ölkə rəhbərinin vəzifəyə təyin olunan hər kəsə, eləcə də hal-hazırda rəhbər vəzifələrdə çalışan şəxslərə yönəlmiş bu tapşırıqlar əsas vəzifə kimi qəbul edilməli, rəhbərlik və idarəetmə bu prinsiplər əsasında qurulmalıdır. Cənab Prezidentin tələb və göstərişləri, həmçinin dövlət maliyyəsi sahəsində şəffaflığın təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlar indiki dövrdə xüsusilə önəmlidir”.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, hər bir rəhbər şəxs dövlət maliyyəsinin idarə edilməsi üçün çox ciddi daxili nəzarət sistemi qurmalı, vəsaitlərin qənaətli istifadəsi sahəsində əməli addımlar atmalıdır ki, sonradan hər hansı neqativ halların yaranmasına yol verilməsin.
“Bir narahatedici faktı da deyim ki, pozuntu aşkarlanmış təşkilatların rəhbərləri tərəfindən dövlət vəsaitinə cavabdeh şəxslərə qarşı nöqsanların xarakterinə və həcminə uyğun tədbirlər görülmür. Təsəvvür edin ki, 20-25 min manat məbləğində artıq vəsait icrasına yol vermiş şəxslərə qarşı, mən hələ daha böyük məbləğləri demirəm, heç bir intizam tədbirinin görülməməsinə nə ad vermək olar? Həmin məsul şəxslərin çox rahatlıqla fəaliyyətlərini davam etməsi və növbəti illərdə də həmin pozuntuların təkrarlanması, görülən işlərə mənfi təsir etməsi fonunda müəssisə rəhbərlərinin bu şəxslərə qarşı davranışlarını anlamaqda suallar doğurur”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
38 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 52 d. əvvəl
-
58 d. əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"























