"Dünyada 6,5 milyon enerji sektoru işçisi işini itirə bilər"
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol, koronavirusun (Kovid-19) son 6 ayda qlobal enerji sektorunda 3 milyondan çox insanın işini itirməsinə səbəb olduğunu bildirib.
Marja xəbər verir ki, Birol, "Qarşıdakı 6 ay ərzində isə daha 3,5 milyon insanın işini itirməsi riski var. Gələcək aylarda ən çox eşidəcəyimiz söz "işsizlik" olacaqdır və təəssüf ki, enerji sektoru da bu nöqtədə ən çox zərbəni alan sektorlardan biri olacaq. Digər tərəfdən, qarşıdakı 6 aya baxdığımızda iki qlobal qeyri-müəyyənlik var. Birincisi, Kovid-19 epidemiyasında ikinci dalğa olması ehtimalı, ikincisi isə dünya iqtisadiyyatının necə bir yığışma göstərəcəyidir. Qlobal bir inkişaf olmasa da Amerika Birləşmiş Ştatlarında noyabrda keçiriləcək seçkilər də dünya iqtisadiyyatına və siyasətinə ciddi mənada təsir edəcək", -deyib.
Birol, bu dövrdə hökumətlərin iqtisadiyyatlarını yenidən canlandırmaq üçün xilasetmə paketləri hazırladığına da diqqəti çəkərək, "İqtisadi xilasetmə paketlərinin böyüklüyü 9 trilyon dollar məbləğindədir və il sonuna qədər bu rəqəmin 20 trilyon dollara çatacağını düşünürük. Enerji məhsuldarlığı, bərpaolunan enerji sərmayələri və elektrik şəbəkələrinin modernləşdirilməsi, bu xilasetmə paketlərində dəstəklənilməsi lazım olan və məşğulluq yaradacaq kritik sahələr olaraq önə çıxır", - bildirib.
Birol, dünyadakı enerji sərmayələrinin bu il 2019-cu illə müqayisədə 400 milyard dollar azalacağını qeyd edib.
Bu il dünya enerji tələbinin 2009-dakı iqtisadi böhrana nisbətlə 7 dəfə daha sürətli düşəcəyini dilə gətirən Birol, "Yəni 2009 iqtisadi böhranı ilə müqayisədə 7 qat daha böyük bir problemlə qarşı-qarşıyayıq. Bu müddətdə ən böyük zərbəni neftin aldığını gördük. Xüsusilə "Qara Aprel" olaraq adlandırdığımız aprel ayında tələbdə böyük bir azalma oldu lakin indi yavaş da olsa neftdə bir yığışma söz mövzusudur. Bu an üçün yalnız aviasiya sektorunda neft tələbi artmayıb amma hava yolu nəqliyyatı da dünya neft istehlakının 7%-ini yaradır. Neft istehsalçısı ölkələrin siyasətlərində dəyişiklik olmazsa, qiymətlərdə yığışmanın davam edə biləcəyini söyləyə bilərik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





