Azərbaycanda oyuncaq istehsalı müəssisəsi işə düşüb
Məhsullar "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq“Qobu Park 3” yaşayış kompleksində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanılıb.
KOBİA-dan Marja-ya daxil olmuş məlumata görə, gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur.
Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min arası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.
Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-yə yaxın işçi çalışır.
Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq.
Qeyd edək ki, KOBİA tərəfindən hər iki müəssisənin yaradılması üçün sahibkarlara biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, şirkətlərin qeydiyyatdan keçirilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib.
Məlumatda bildirilir ki, müəssisələrdə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edir. Daxili bazarla yanaşı, müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Burada çalışan işçilər “Qobu Park 3” yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq. Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80%-i qaçqın və məcburi köçkünlərdən ibarət olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
22 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)
















.jpg)

