Tbilisidə iqtisadiyyat ixtisası üzrə təhsil al - qəbul elan edildi
Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşma
PROQRAM HAQQINDA
Tbilisi Dövlət Univesiteti nəzdində olan Beynəlxalq İqtisad Məktəbi (İSET) iqtisadiyyat ixtisası üzrə bakalvr dərəcəsinə qəbul elan edir və müracəitlərin qəbuluna başlayır. Proqram ingilis dilində tədris ediləcək.
Bakalavr proqramının dərsləri Tbilisinin mərkəzində İSET-in 7-ci mərtəbəsində keçiriləcək. Proqram beynəlxalq professorlar və qərb təhsilli gürcü professorları tərəfindən tədris ediləcək. Kurikulum Şimali Amerika və Qərbi Avropanın ən yaxşı iqtisadiyyat proqramlarını əks etdirəcək. Maliyyə və dövlət siyasəti istiqamətlərində ixtisaslaşma tələbələri iqtisadi araşdırmalar, siyasi təhlili, kommersiya bankçılığı, maliyyə bazarları, sığorta, biznes və siyasi məsləhətlər üzrə peşələrə hazırlayır.
TƏHSİL HAQQI VƏ MALİYYƏ DƏSTƏYİ
-Təhsil haqqı: 3 000 ABŞ dolları
-Təhsil haqqı təqaüdləri: Azərbaycandan olan tələbələr üçün təhsil haqqının 60%-ə qədərini əhatə edən təhsil təqaüdləri mövcuddur.
-Tələbə təqaüdləri: akademik bacarıqlarına görə fərqlənən tələbələrin aylıq xərclərini qarşılamaq məqsədi ilə təqaüd əldə etmək imkanı
-Mənzil ilə təminat: Azərbaycanlı tələbələr Tbilisi Dövlət Universitetinin yataqxanasında və ya İSET tərəfindən kirayə götürülmüş mənzillərdə güzəştli şərtlərlə yaşayacaqlar.
KARYERA İMKANLARI
-Xaricdə bir semester təhsil: İSET-in Qərbi Avropanın əməkdaşlıq etdiyi təhsil müəssəsələri ilə mübadilə proqramında iştirak etmək.
-Əmək bazarına təcrübəli daxil olmaq: aparıcı banklarda, beynəlxalq maliyyə qurumlarında və QHT-lərdə, Gürcüstanın dövlət agentliklərində və özəl şirkətlərində təcrübə proqramları keçmək. İSET-in təcürbəli işçi heyəti və 300-dən artıq məzunu iş axtarma prosesində sizə köməklik göstərəcək.
-Təhsilini xaricdə davam etdirmək: İSET öz məzunlarını dünyanın ən aparıcı ixtisaslarında yerləşdirməkdən yüksək qürur duyur: bunlar Stanford, Çikaqo, New York, McGill, Pennsylvania, Warwick, McGill, Caltech, Leicester kimi tanınmış universitetlərdir. Hal-hazırda İSET məzunlarının 34 nəfəri ABŞ və Qərbi Avropada PhD təhsillərini davam etdirirlər və hamısı tam təqaüd alırlar.
İQTISADIYYATI NİYƏ İSET-DƏ OXUMALI?
-Özünü yarışa öyrət və gələcək işə götürənlər üçün öyrənmə qabiliyyətini və dözümlülüyünü isbat et.
-Müasir iqtisadiyyat və maliyyə nəzəriyyələrini öyrən, onları real dünya təcrübə və nümunələrində tətbiq et.
-Professional karyeranda və daim dəyişən mühitdə sənə xidmət edəcək analitik bacarıqlarını inkişaf elətdir.
-Statistik göstəricilər və rəqəmlərlə işləməyi öyrən –trendləri anla və daha dəqiq proqnozlar ver.
-İngilis dilini inkişaf elətdir, effektiv ünsiyət bacarıqları qazan, zamanını ən yaxşı istifadə etməyi öyrən və güclü iş etikası inkişaf elətdir.
İSET ailəsinin bir hissəsi ol!
QƏBUL TƏLƏBLƏRİ VƏ PROSEDURLAR
-Azərbaycanlı tələbələr
-Beynəlxalq tələbələr www.iset.ge saytı vasitəsi ilə online qeydiyyatdan keçməlidirlər.
-Sizə proqrama qəbulunuz ilə bağlı kömək etmək məqsədi ilə İSET sizinlə əlaqə saxlayacaq.
-İSET Gürcüstan höküməti tərəfindən tələb olunacaq bütün sənədlərin tərcümə olunmasında və natariusda təsdiq edilməsinə sizə köməklik göstərəcək və tələb olunarsa tələbə vizasının alınmasında da dəstək olacaq.
İndi müraciət edin: http://applications.iset.ge/BA/
Müraciətin son tarixi: May 20, 2017
Qəbul qaydaları ilə bağlı əlavə məlumat üçün aşağıdakı vasitələr ilə əlaqə saxlayın. +995 (322) 507 177
ext.104, [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 8 d. əvvəl
-
2 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 7 saat əvvəl
-
7 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
İlham Əliyev Davosda panel iclasında iştirak edib
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
Ən çox oxunanlar
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq






















